Telegram Group Search
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bayaq bir politoloqun belə bir rəyini oxudum; İsrail dəqiq nöqtə atışları ilə ancaq hərbi hədəfləri vurur...

Bu uşaqlar hərbçidir?!...
Mirağa Dadaş
Video
Neçə gündür içində xəstəlik olanlar yazırdılar ki, İran F-35 vurubsa niyə yayımlamır? Heç bir F-35 vurulmayıb. Nəhayət ki, İran vurduğu F-35-lərdən birinin görüntüsünü yayımladı.

Əlinin (ə) şiələri tarix yazır. Dünya hələ nə baş verdiyini anlamır. İmam Hüseyn əleyhissəlamın başını kəsəndə də Yezid və ətrafı nə baş verdiyini, hansı məğlubiyyətə uğradıqlarını anlamırdılar. Yüz illər sonra məlum oldu ki, İmam Hüseyn və şiələr orda nə ediblər. İndi də gözümüzün önündə bu hadisələr baş verir. İbrahim bir-bir qırır bütləri. Bütün birinin adı Dəmir Qübbə idi, birinin adı F-35 idi, birinin adı İsrailin məğlubedilməzliyi idi. Növbə böyük bütdədir. And olsun Allaha ki, şərəflə döyüşərək məğlub olmaq da şirindir. Mən bu 30 illik ömrümdə indi olduğu qədər sevinməmişəm. Hər gecə evlərimizin üstündən qırıcı səsləri gəlir, amma mən sevinirəm. 2 ildir Qəzzada başlarının üstündə təyyarə uçan qardaş və bacılarımla eyni hissləri keçirdiyim üçün. Mən dostlarla deyib-güləndə, dadlı yemək yeyəndə keçib kənarda dəfələrlə qəhərlənmişəm. İndi isə qırıcıların səsini eşidərək deyib-gülürəm, çox rahatam...

Dünya tarixi yazır bunları, başa düşürsüz nə edir şiələr? 9 milyard dünya əhalisi Qəzzada olan cinayətlərə qarşıdır, amma təkcə şiələr əməli surətdə buna etiraz edirlər və döyüşürlər. Yer üzünün bütün vicdanlı insanlarının Əba Əbdillah Hüseynin bayrağı altında cəm olması üçün təkcə bu nüans kifayət edir. Təkcə Əlinin (ə) məktəbi öz tərəfdarlarına əmr edir ki, zülmlə vuruş. And olsun Allaha mən qeyri-müsəlman doğulsaydım, bu şeyləri gördükdən sonra "məni də şiə sayın" deyərdim. Allaha həmd olsun ki, bizə bu günləri göstərdi. İmam Xameneinin İsrailə qarşı başlatdığı bu müqəddəs müdafiə İmam Zamanın zühuruna zəminədir. Yer üzünün bütün insanlarının o pak imamın bayrağı altına gəlməsi üçün bundan gözəl bəhanə ola bilməz. Müharibə hər gün uzandıqca haqqın qüdrət və məzlumiyyəti, batilin isə zillət və idbarlığı daha aydın görünür. O müdrik ağsaqqalın bütün raketləri bir gündə atıb işi bitirməkdənsə, mərhələli şəkildə düşməni əzməsinin hikməti burdan bəlli olur. Bəlkə də İsrailin məhvindən daha mühüm, bəşəriyyətin gözünün açılması və haqqa qəlbən meyllənməsidir.

Allaha hər gün həmd elə ki, səni milyard insan içindən seçib şiə edib, bu müqəddəs yolda qərar verib...
Mirağa Dadaş
İsrail səfirliyinin rəsmi kanalının bu hissəsində dəyərləndirmə bölümü var. Dəyərləndirənlərin 74 faizi tövsiyə edir. Həmin göy yazının üstünə basanda tövsiyə edirsiz ya yox sualı verilir. Tövsiyə etmirəm düyməsini basandan sonra niyəsini də bir cümlə ilə…
İsrail səfirliyinin rəsmi səhifəsinin reytinqini 74 faizdən 48 faizə salmışıq. Zəhmət olmasa davam edək. Göy rəngli dəyərləndirmə hissəsinə klik edərək tövsiyə etmirəmi seçin və bu xərçəng xəstəliyi barədə ürək sözlərinizi yazın.

https://www.facebook.com/share/14tRKKCmXs/
Peyğəmbər heç vaxt xüsusi yemək istəmədi. Həmişə qarşısına nə yemək gətirdilərsə onu yedi...

İmam Xamenei - Möhtəşəm Nur kitabından
Görünən budu ki, xalqı məğlub olmaq istəməyən dövlət özlərini dünyanın "akula"sı sayanlara da təsirli şapalaq ilişdirə bilər və heç vaxt uduzmaz.
Kimin nə yazmasından, bizdəki "vaizlərin" goplamaqlarından asılı olmayaraq, bu müharibənin ortada olan nəticələri var.

1. Hücum edən tərəf ömründə görmədiyi qapazı yedi.
2. Dünya ölkələrinin əksəriyyəti İranla həmrəyliyini nümayış etdirdi.
3. Müsəlman dövlətlərinin yox, xalqlarının güclü həmrəyliyi göründü.
4. İranda Qərbin səbirsizliklə gözlədiyi hakimiyyət dəyişikliyi baş vermədi.
5. Ölkəyə gətirməyə hazırlaşdıqları vəliəhd Venesueladakı Quaydo, Belorusiyadakı Tixanovskaya kimi tarixin zibilliyinə atıldı.
6. Kiçik dövlətlərin qiymətə minəcəyi çoxqütblü dünya ağır "hamiləlik" dövrünü uğurla keçərək öz anonsunu verdi və sairə.
7. "Qoluzorluların" əsas niyyəti - İranın nüvə proqramının tam ləğvi baş tutmadı.
8. Fələstin məsələsi öz həllinə bir addım da yaxınlaşdı.

İlqar Əlfioğlu
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsrail hərbi hədəfləri vurur, İran isə hara gəldi raket atır deyənlərə İsrailin özündən cavab;

İsrailin hərbi ekspertlərini və analitiklərini İranın raket başlığı texnologiyası təəccübləndirib.

Hayfa meri Yona Yahav bildirib: "İranlılar hara vuracaqlarını yaxşı bilirlər - onların raketləri hədəfələrə dəyib. İran bir çox strateji obyektləri vurdu və təəssüf ki, bizim rəsmilər hələ də yuxudadır!".
Media is too big
VIEW IN TELEGRAM
Bu gün İsraili məğlub edən elit hərbi birlik necə yarandı? Bu birliyin milli ordudan fərqi nədə idi və onun ilk şəhidi kimdir?

Hərbi Formada sənədli filmindən kiçik bir hissə
Monarx ailələr çoxuşaqlıdır
Çox örtülü geyinirlər
Onlar üçün adlarının əxlaqsız bir xəbərdə hallanması qəbuledilməzdir
Silikon dodaq, insan yaradılışına zidd estetik əməliyyatları həyata keçirmirlər və s.

Bu şeylər aşağı təbəqə üçün nəzərdə tutulub. Tarix boyu belə olub. Həmişə zəif təbəqə, qullar, yoxsullar üryan, cırıq paltarda gəziblər, monarxların önündə klounluq ediblər, oxuyublar, oynayıblar, onları əyləndiriblər. Avropadan tutmuş şərqə qədər zadəganlar qat-qat örtünmə adlı yarış ilə bir-birini ötməyə çalışıblar. Zadəganların, monarxların qadınları bəzən örtünmənin, yəni üst-üstə geydikləri zadəgan libaslarının (ki, bu indiki gəlinlik libasına çox bənzəyir) çıxarılması və geyinilməsinin çətinliyi səbəbindən qulluqçular tərəfindən xüsusi ayaqyolu formasında bədənlərindən ifrazat ixracı ehtiyacını təmin ediblər. Təfərrüatına girmək istəmirəm, amma bunlar tarixdir. Zadəganların və monarxların özləri üçün nəzərdə tutduqları müsbətlərin, yəni örtünmə, əxlaq, yüngüllük etməmək və s. həmişə təbliğat ilə aşağı, fəqir təbəqə üçün əksi təbliğ olunub. Çünki zənginlər rəqqas, çalğıçı, əxlaqsız qadın, klounluq edən insan ehtiyaclarını aşağı təbəqələrdən seçməli idilər. Hal-hazırda monarx ailələrin heç bir fərdinin rəqqas, müğənni, dodağı silikonlu, əxlaqsız və digər qeyri-insani estetik əməliyyatlar ilə özlərini anormal görünüşə salmamalarının, əksinə bunları kasıb təbəqənin onların göz, qulaq və cinsi ehtiyaclarını ödəmək üçün etməsinin səbəbi də budur.

İmam Xamenei Hicab kitabında buyurur ki, İslam gəlib insanlara hicabı təhkim etmədi, İslam, örtünmənin təkcə zadəganların deyil, kasıb təbəqənin də haqqı olduğunu bildirdi. Beləcə cəmiyyət içində sektalaşmanın, kastalaşmanın qarşısını aldı. İslam, fəqir təbəqənin də örtünməsinə icazə verməklə onların zənginlərdən hüquqi cəhətdən aşağı olmadığı hökmünü nazil etdi.

Mən, 1400 illik İslam tarixində hicaba İmam Xamenei kimi tərif vermiş ikinci bir şəxsi tanımıram...
İmam Sadiq (ə):

"Bir kişi peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Peyğəmbəri! Kimə yaxşılıq edim? Buyurdu: Anana. Ərz etdi: "Ondan sonra kimə? Buyurdu: Anana. Ərz etdi: Daha sonra kimə? Buyurdu: Atana."
əl-Kafi, c.2, səh.159, hədis 9
2025/06/25 01:14:43
Back to Top
HTML Embed Code: