Warning: mkdir(): No space left on device in /var/www/group-telegram/post.php on line 37

Warning: file_put_contents(aCache/aDaily/post/turalceferi/--): Failed to open stream: No such file or directory in /var/www/group-telegram/post.php on line 50
ALLAHA DOĞRU | Telegram Webview: turalceferi/3137 -
Telegram Group & Telegram Channel
Bismilləhir Rahmənir Rahim.

کل یوم عاشورا و کل ارض کربلا

"Hər gün Aşura və hər yer Kərbəla" şüarının hədis olmadığı hər kəsə bəllidir. Əslində, bu şüar Əbdül-Hüseyn Əsəm adlı bir Əhli-beyt (ə) şairinin şeirindən götürülmüş misradır.  Seyyid Cavad Şübbər şeirin özünü zikr etməsə də şairin adını özünün "Ədəbut-Taffi" kitabında gətirib. Lakin mərhum Seyyid Muhsin Əmin özünün "Əd-Durrun Nəfid" kitabında qəsidənin özünü də gətirib. Qəsidə uzun olduğu üçün biz yalnız həmin kəlməni gətirməklə kifayətlənirik.

کان کل مکان کربلا لدنی عینی زمان یوم عاشورا»

"Hər yer Kərbəla idi gözümün  önündə Aşura gününün zamanıdır"

Bu şeir zamanla dəyişilərək "Hər gün Aşura və hər yer Kərbəla" şüarı kimi məşhurlaşıb.

Mərhum İmam Xomeyni "Hər gün Aşura, hər yer Kərbəla" şüarı haqqında buyurur ki, bu söz böyük bir sözdür. Lakin insanlar onu səhv başa düşürlər. Onlar elə zənn edirlər ki, bu, hər gün ağlamaq lazım olduğu anlamına gəlir. Halbuki bu sözün mənası çox dərindir. Kərbəla nə etdi? Kərbəla Aşura günü hansı rolu oynadı? Azsaylı bir qrup insan Kərbəlaya gəldi, Yezidin zülmünə qarşı, zalım dövlətə qarşı, dövrün imperatoruna qarşı durdu. Özünü fəda etdi, öldürüldü, amma zülmü qəbul etmədi və Yezidi məğlub etdi. Hər yer də belə olmalıdır. Hər gün də belə olmalıdır. Hər gün xalqımız bilməlidir ki, bu gün Aşuradır və biz zülmə qarşı durmalıyıq. Bu yer də Kərbəladır və biz Kərbəlanın rolunu burada oynamalıyıq. Bu (mübarizə) müəyyən bir yerə məxsus deyil, müəyyən şəxslərlə məhdudlaşmır. Kərbəla hadisəsi nə 70 nəfərlik bir dəstə, nə də Kərbəla torpağı ilə məhdud deyildir. Bütün torpaqlar bu rolu oynamalı, bütün günlər belə olmalıdır. Lakin gün olaraq götürsək, Aşura bütün mənası ilə xüsusi və əbədi bir gündür. Necə ki, rəvayətlərdə deyilir"

لایوم کیوم الحسین

"Heç bir gün Hüseynin (ə) günü kimi deyildir"

لا یوم کیومک یا اباعبدالله

"Ya Əba Əbdillah! Heç bir gün sənin günün kimi deyildir"

Heç bir gün Aşura günü ilə müqayisə edilə bilməz. Eyni şəkildə aydındır ki, Kərbəla müəyyən bir məkanı ifadə edir..."

Gördüyünüz kimi də "Hər gün Aşura və hər yer Kərbəla " şüarının, yəni Aşuranı Tasua günündə və ya başqa bir gündə etməyin doğru olması ilə heç bir əlaqəsi yoxdur. Bu açıq-aşkar söz oyunu oynayaraq din düşmənlərinin, tagutun maraqlarına xidmət etməkdir. (Hətta istəmədən və ya bilmədən olsa belə...) Belə məsələyə sükut etmək özü ilahi bəlanın nazilinə səbəb olan əməllərdəndir. Qaldı ki, bəhanə gətirib, söz oyunu oynayaraq kiminsə maraqlarına xidmət etmək...
Allah-Təala öz dinini bizim şərrimizdən qorusun.

https://www.group-telegram.com/us/turalceferi.com
18👍1👏1

group-telegram.com/turalceferi/3137
Create:
Last Update:

BY ALLAHA DOĞRU

Warning: Undefined variable $i in /var/www/group-telegram/post.php on line 260

Share with your friend now:
group-telegram.com/turalceferi/3137

View MORE
Open in Telegram

Telegram | DID YOU KNOW?

Date: |

The news also helped traders look past another report showing decades-high inflation and shake off some of the volatility from recent sessions. The Bureau of Labor Statistics' February Consumer Price Index (CPI) this week showed another surge in prices even before Russia escalated its attacks in Ukraine. The headline CPI — soaring 7.9% over last year — underscored the sticky inflationary pressures reverberating across the U.S. economy, with everything from groceries to rents and airline fares getting more expensive for everyday consumers. The last couple days have exemplified that uncertainty. On Thursday, news emerged that talks in Turkey between the Russia and Ukraine yielded no positive result. But on Friday, Reuters reported that Russian President Vladimir Putin said there had been some “positive shifts” in talks between the two sides. Individual messages can be fully encrypted. But the user has to turn on that function. It's not automatic, as it is on Signal and WhatsApp. "He has to start being more proactive and to find a real solution to this situation, not stay in standby without interfering. It's a very irresponsible position from the owner of Telegram," she said.
from us

Telegram ALLAHA DOĞRU
FROM American