Telegram Group Search
Bir dəstənin ya başı qaçıb, ya da hamımızı məsxərə edirlər!

Tasua doqquzdursa, necə Aşura (10-cu) ola bilər?

Tasua nədir?
"Tasua" sözü ərəb dilindəki "تاسع" (tāsiʿ) sözündən gəlir, yəni doqquzuncu deməkdir. Bu, Hicri təqvimi ilə Məhərrəm ayının doqquzuncu günüdür və İmam Hüseyn (ə) və onun səhabələrinin Kərbəla çölündə mühasirəyə alındığı, susuzluğun zirvəyə çatdığı gündür.

Aşura nədir?
"Aşura" isə ərəb dilindəki "عاشر" (ʿāşir) sözündəndir, yəni onuncu. Aşura günü, Məhərrəm ayının 10-cu günüdür, İmam Hüseyn (ə) və Əhli-beytinin şəhid olduğu əzalı gündür.

İndi doqquz necə on ola bilər?
Bu ancaq axmaq bir hakimiyyətin və onun daha alçaq qullarının səfehliyi ola bilər!

Orxan Məmmədov
Mən doqquza on deyənlərdən deyiləm!
Vəssalam
Sarayın 9-10 cərəyanı!
Yaxud sadəcə "9-10"
Sarayın 9-10 cərəyanı
Corc Oruel cəmiyyətinə gəlib yetişdik!
Dördü beş görən bir cəmiyyət!
Ayə, deyirsən Tasua günü Aşura keçirmək olmaz? Ayə, sən Vətən xainisən?!
Biz ingilis şiəsi deyəndə İngiltərədə yaşayan şiələri nəzərdə tutmuruq.
Aşuranı Tasua günü keçirdən ingilis şiəsidir.
Media is too big
VIEW IN TELEGRAM
Mən Molla Pənah Vaqifəm, eşq şairiyəm. Mənim aşiq olduğum o şəxsin kim olduğunu bilirsinizmi?!

Vaqifəm, hər dəm dilimdə əzbərim dost adıdır,
Qəddi xoş, rəftarı könlüm bağının şümşadıdır,
Gözlərindən əl'əman kim, canımın cəlladıdır,
Mən sevən dilbər Məhəmmədin gözəl övladıdır,
Sanmayın, Sənan kimi azmış firəngi sevmişəm.

Sizə deyimmi Azərbaycandakı ən gözəl camaat kimdir?

Ey xoş onlar kim, Məhəmməd Mustafanı sevdilər,
Oldular aşiq, Əliyyəl-Mürtəzanı sevdilər,
Sidqü-ixlas ilə pənc, Ali-əbanı sevdilər, Çahardah məsumitək müşkülgüşanı sevdilər,
Dəxi, onlardan gözəl, yaxşı cəmaət görmədim!

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#aşura
#molla_pənah_vaqif
#məhərrəm
#milli_kimlik
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İnqilab Rəhbəri İmam Xameneinin Aşura gecəsi matəm mərasimi üçün İmam Xomeyni Hüseyniyyəsinə daxil olduğu an.

Orxan Məmmədov
Forwarded from ALLAHA DOĞRU
Bismilləhir Rahmənir Rahim.

کل یوم عاشورا و کل ارض کربلا

"Hər gün Aşura və hər yer Kərbəla" şüarının hədis olmadığı hər kəsə bəllidir. Əslində, bu şüar Əbdül-Hüseyn Əsəm adlı bir Əhli-beyt (ə) şairinin şeirindən götürülmüş misradır.  Seyyid Cavad Şübbər şeirin özünü zikr etməsə də şairin adını özünün "Ədəbut-Taffi" kitabında gətirib. Lakin mərhum Seyyid Muhsin Əmin özünün "Əd-Durrun Nəfid" kitabında qəsidənin özünü də gətirib. Qəsidə uzun olduğu üçün biz yalnız həmin kəlməni gətirməklə kifayətlənirik.

کان کل مکان کربلا لدنی عینی زمان یوم عاشورا»

"Hər yer Kərbəla idi gözümün  önündə Aşura gününün zamanıdır"

Bu şeir zamanla dəyişilərək "Hər gün Aşura və hər yer Kərbəla" şüarı kimi məşhurlaşıb.

Mərhum İmam Xomeyni "Hər gün Aşura, hər yer Kərbəla" şüarı haqqında buyurur ki, bu söz böyük bir sözdür. Lakin insanlar onu səhv başa düşürlər. Onlar elə zənn edirlər ki, bu, hər gün ağlamaq lazım olduğu anlamına gəlir. Halbuki bu sözün mənası çox dərindir. Kərbəla nə etdi? Kərbəla Aşura günü hansı rolu oynadı? Azsaylı bir qrup insan Kərbəlaya gəldi, Yezidin zülmünə qarşı, zalım dövlətə qarşı, dövrün imperatoruna qarşı durdu. Özünü fəda etdi, öldürüldü, amma zülmü qəbul etmədi və Yezidi məğlub etdi. Hər yer də belə olmalıdır. Hər gün də belə olmalıdır. Hər gün xalqımız bilməlidir ki, bu gün Aşuradır və biz zülmə qarşı durmalıyıq. Bu yer də Kərbəladır və biz Kərbəlanın rolunu burada oynamalıyıq. Bu (mübarizə) müəyyən bir yerə məxsus deyil, müəyyən şəxslərlə məhdudlaşmır. Kərbəla hadisəsi nə 70 nəfərlik bir dəstə, nə də Kərbəla torpağı ilə məhdud deyildir. Bütün torpaqlar bu rolu oynamalı, bütün günlər belə olmalıdır. Lakin gün olaraq götürsək, Aşura bütün mənası ilə xüsusi və əbədi bir gündür. Necə ki, rəvayətlərdə deyilir"

لایوم کیوم الحسین

"Heç bir gün Hüseynin (ə) günü kimi deyildir"

لا یوم کیومک یا اباعبدالله

"Ya Əba Əbdillah! Heç bir gün sənin günün kimi deyildir"

Heç bir gün Aşura günü ilə müqayisə edilə bilməz. Eyni şəkildə aydındır ki, Kərbəla müəyyən bir məkanı ifadə edir..."

Gördüyünüz kimi də "Hər gün Aşura və hər yer Kərbəla " şüarının, yəni Aşuranı Tasua günündə və ya başqa bir gündə etməyin doğru olması ilə heç bir əlaqəsi yoxdur. Bu açıq-aşkar söz oyunu oynayaraq din düşmənlərinin, tagutun maraqlarına xidmət etməkdir. (Hətta istəmədən və ya bilmədən olsa belə...) Belə məsələyə sükut etmək özü ilahi bəlanın nazilinə səbəb olan əməllərdəndir. Qaldı ki, bəhanə gətirib, söz oyunu oynayaraq kiminsə maraqlarına xidmət etmək...
Allah-Təala öz dinini bizim şərrimizdən qorusun.

https://www.group-telegram.com/turalceferi
İlahi!
Aşura gecəsinə xatir, öz vəlilərinə xatir, qan olmuş ürəklərə xatir!
Münafiqləri, din alverçilərini, hiyləgər qövmü, xain və casusları məhv et, onların üzərinə əbədi lənət və nifrin yağdır, onların nəslindən bərəkəti götür, öz əbədi cəhənnəm atəşində onların yerini qərar ver!
Amin!
Amin!
Amin!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şirazın "Cənnət bağında" yığışan insanlar inqilab rəhbərinin səhnəyə daxil olmasını monitorda müşahidə edəndə bu cür reaksiya verdilər

https://www.group-telegram.com/qaf_simurq.com
Bu yəhudi kanalların paylaşdığıdır.
Onlar belə yazıb:
"İranın rəhbəri Xamenei bunkerdən çıxıb və İsrailin İrana hücumunun başlanmasından bəri ilk dəfə açıq şəkildə görünür."

Amma maraqlı olan çoxlu sayda insanın ürək atmalarıdır.

Tarixdən bilirsiniz, hətta Müaviyə də Əli üçün ağlayırdı.
Allah dostları belədir!

https://www.group-telegram.com/qaf_simurq.com
Deyirlər ki, saray dünən Aşura keçirmək göstərişini vermişdi. Amma bu gün deyir "olmaz".
Bəs demirdiniz, hər gün Aşura...
İkiüzlülük bax, budur!
Media is too big
VIEW IN TELEGRAM
Mən, 14 yaşında qiyam bayrağını qaldıraraq məzlumların hamisi olan Heydər oğlu İsmayılam.

Bütün ömrümü Əhli-beyt əleyhimussəlama fəda edərək özümü bu bitməz-tükənməz dəryaya qərq etmişəm.

Şahı ər deyibən girdik bu yоla,
Hüseyniyüz, bu gün dövranımızdır.
Biz imam qullarıyuz sadiqanə,
Şəhidlik, qazilik nişanımızdır.

Yоlumuz incədir, incədən-incə
Bu yоlda baş verək, ərkanımızdır.
Xətaiyəm, məvali, sirri-Heydər,
Şahı həqq bilməyən düşmanımızdır.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#səfəvi
#şah_ismayıl_xətai
#məhərrəm
#milli_kimlik
Bizim Azərbaycanda çox böyük ictimai və mədəni sərmayəmiz var. Belə bir sərmayə bir ideoloji sistem tərif etmək üçün kifayət edir.
Bu məsələ haqqında müəyyən qədər təhqiq etmiş adam kimi bunu bilirəm və bildirirəm.
Bu, Azərbaycan insanına xoşbin bir baxışdır və baxışım səthi, emosional deyil. Baxışım sivilizasiya, tarix və mədəniyyət bucağındandır, "camaat hələ düzgün dəstəmaz ala bilmir" məntiqi ilə deyil. Bunun çox az bir hissəsinə "Kimlik və cərəyanşünaslıq" mühazirələrimdə toxunmuşam.
Allah yüz illər boyu belə sərmayə icad etmiş böyüklərimizə min rəhmət etsin. Çox az xalqın belə bir sərmayəsi var.

#Qələbə_gözlədiyinizdən_də_yaxındır

Orxan Məmmədov
Tezliklə, "Azərbaycan Araşdırma Mərkəzi" sizə yeni proyekt təqdim edəcək. (Allahın izni ilə)

"Mental Vektor" - ziyalılarla söhbət

Postmodern xaosunun içində məna qıtlığı hökm sürür. Həqiqətin nisbiləşdirildiyi, ideyaların parçalandığı bu dövrdə insanın və cəmiyyətin mental vektoru ya pozulur, ya da manipulyasiya olunur.
Digər yandan diskurs artıq sadəcə söz oyunu deyil. O, reallığın özünü formalaşdıran gücdür. Hər bir narrativ bir ideyanı daşıyır və dünyagörüşlər bu ideyaların qovuşduğu məkanda yaranır.
Postmodernizmin "hər şey doğrudur" deyərək "heç nə doğru deyil" nəticəsinə yetişməsi, paradiqmaların yenidən qurulması zərurətini doğurur.
"Mental Vektor" bu çağırışa cavab olaraq gəlir. İdeyaların, diskursların və paradiqmaların içindən keçib həqiqi kimliyimizə doğru hərəkət etmək və sabit bir istiqamət seçmək üçün bu iş zəruridir.

Orxan Məmmədovla birlikdə bu düşüncə xəritəsini birgə tərtib edəcəyik.

https://www.group-telegram.com/qaf_simurq.com
"Mental Vektor" dərsləri kontekstində yeni yanaşma

Allahın köməkliyi ilə bir müddət üzərində çalışdığımız distopik ədəbiyyatın genezisi, inkişaf xətləri və ictimai funksiyaları ilə bağlı tədqiqatlar yekunlaşdırılmışdır. Bu istiqamətdə aparılan araşdırmalarda yalnız distopiyanın ədəbiyyatdakı nəzəri mahiyyəti deyil, eyni zamanda onun toplum mühəndisliyi, siyasi metaforlar və texnoloji tənqidlər kontekstində daşıdığı simvolik yüklər də dəyərləndirilmişdir.
Tədqiqat çərçivəsində xüsusi diqqət Azərbaycan ədəbiyyatı və incəsənətində distopik fikirlərin izlərinə, incəsənətə dolayısı ilə sirayət edən qorxu, nəzarət və yadlaşma mövzularına yönəldilmişdir. Bu baxış sayəsində həm ədəbi nümunələrdə, həm də vizual incəsənətdə, teatr və kino dilində cəmiyyətin gələcək qorxularının necə kodlaşdırıldığına dair maraqlı nümunələr sizə təqdim olunacaq.
Hazırkı mərhələdə toplanmış materiallar və analitik təhlillər yaxın gələcəkdə "Mental Vektor" dərsləri çərçivəsində sistemli şəkildə təqdim ediləcək. Bu dərslər əsasən akademik mühit üçün nəzərdə tutulsa da, gənclər və ruhanilər üçün də faydalı ola bilər.


Orxan Məmmədov
2025/07/07 17:28:35
Back to Top
HTML Embed Code: