group-telegram.com/Azerbaijan_MOD/25453
Last Update:
Baş Direktor NATO nümayəndələri ilə görüşüb
NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən "15-ci NATO günləri" tədbiri çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə səfərdə olan Müttəfiqlərin Avropadakı Ali Komandanlığı (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bruasdal Gunnsteinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər iki tərəf arasındakı münasibətlərin cari vəziyyəti yüksək qiymətləndirilib və qurulan əlaqələrin bundan sonra da inkişafı üçün perspektivdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və digər proqramlarında iştirak edən hərbi qulluqçularımızın fəaliyyəti yüksək qiymətləndirilib. Bundan sonra da müxtəlif təlim və kurslarda iştirak edəcək hərbi qulluqçular arasında təcrübə mübadiləsinin və özünü təkmilləşdirmənin vacibliyi xüsusi vurğulanıb.
Tərəflər arasında keçirilən görüş əsnasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
https://mod.gov.az/az/news/bas-direktor-nato-numayendeleri-ile-gorusub-53494.html
____
Генеральный директор встретился с представителями НАТО
В рамках мероприятия «15-е Дни НАТО», проводимого в соответствии с Программой сотрудничества по индивидуальному партнерству с НАТО, заместитель министра обороны Азербайджанской Республики - генеральный директор Агиль Гурбанов встретился с делегацией во главе с заместителем начальника Верховного штаба союзных сил НАТО в Европе (SHAPE), начальника Управления партнерства контр-адмиралом Бруасдалом Гуннштейном, находящегося с визитом в нашей стране.
На встрече было высоко оценено текущее состояние отношений между обеими сторонами, а также проведен обмен мнениями по вопросам, имеющим перспективу для дальнейшего развития установленных связей. Была высоко оценена деятельность наших военнослужащих, принимающих участие в Концепции оперативных возможностей НАТО и других программах. Подчеркнута важность обмена опытом и совершенствования навыков военнослужащих участием в различных тренингах и курсах.
В ходе встречи были обсуждены перспективы развития отношений, даны ответы на вопросы, представляющие взаимный интерес.
https://mod.gov.az/ru/news/generalnyj-direktor-vstretilsya-s-predstavitelyami-nato-53495.html
BY Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

Share with your friend now:
group-telegram.com/Azerbaijan_MOD/25453