group-telegram.com/Azerbaijan_MOD/26426
Last Update:
HHQ-də "Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasimdə çıxış edən general-mayor Namiq Bayramov məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Ordumuzun döyüş qüdrətinin artırılması naminə peşəkar zabit kadrları ilə komplektləşdirilməsindən danışan general-mayor N.Bayramov bu cür kursların əhəmiyyətini xüsusi vurğulayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar nəticəsində Hərbi Hava Qüvvələrimizin gündən-günə gücləndiyini qeyd edib.
Çıxışlardan sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
https://mod.gov.az/az/news/hhq-de-ehtiyat-zabit-hazirligi-kursu-nun-novbeti-buraxilis-merasimi-kecirilib-54050.html
____
В ВВС состоялась церемония очередного выпуска «Курса подготовки офицеров запаса»
В соответствии с планом подготовки на 2025 год, в Учебно-тренировочном центре Военно-воздушных сил (ВВС) состоялась церемония по случаю очередного выпуска «Курса подготовки офицеров запаса».
Сначала минутой молчания была почтена память Общенационального лидера азербайджанского народа Гейдара Алиева и шехидов, отдавших жизнь во имя независимости, территориальной целостности и суверенитета Азербайджана. Прозвучал Государственный гимн Азербайджанской Республики.
Выступивший на церемонии генерал-майор Намик Байрамов от имени руководства Министерства обороны поздравил выпускников и пожелал им успехов в дальнейшей служебной деятельности.
Отметив, что комплектование Азербайджанской Армии профессиональными офицерскими кадрами способствует повышению ее боевой мощи, генерал-майор Н.Байрамов рассказал о важности подобных курсов, подчеркнув, что в результате успешных реформ, проводимых под руководством Верховного Главнокомандующего Ильхама Алиева, ВВС Азербайджана становятся сильнее изо дня в день.
После выступлений были вручены сертификаты успешно окончившим курс, отличник курса прикрепил к символическому пню эмблему курса.
https://mod.gov.az/ru/news/v-vvs-sostoyalas-ceremoniya-ocherednogo-vypuska-kursa-podgotovki-oficerov-zapasa-54051.html
BY Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

Share with your friend now:
group-telegram.com/Azerbaijan_MOD/26426